13 C
Baku
Wednesday, May 8, 2024

“Azermirror” 11 milyon xərcləyib, alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək

“Azermirror” MMC-yə Sumqayıt Kimya SənayeParkı-nın rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.

Banker.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 11 milyon ₼-a yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər