27 C
Baku
Saturday, July 27, 2024

“Azersky” peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi, missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış “Azersky” – Yerin məsafədən müşahidə peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək.

Bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

“Bu məsələdə 10-dan çox xarici sığorta şirkəti iştirak etdiyi üçün proses uzun çəkir, amma bu ilin sonuna qədər ödəniş olacaq. Məbləğ kommersiya sirri olduğu üçün açıqlanmır”, – deyə o qeyd edib.

S.Əsədov onu da bildirib ki, orbitə buraxılması planlaşdırılan “Azersky-2” peyki əvvəlki peyklə müqayisədə ucuz başa gələcək, həm də daha keyfiyyətli şəkil çəkəcək. Bununla belə, sədr yeni peykin dəyərinin nə qədər olduğunu da açıqlamayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər