16 C
Baku
Thursday, April 25, 2024

Azərkosmos milli peyklərdən 90 milyon dollar gəlir əldə edib

Azərbaycan “Azerspace-1” peykinin istismarından 90 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Bunu “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib.

““Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir”, – deyə o, yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Sədr qeyd edib ki, “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər