“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “PAŞA Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.436.500 AZN təşkil edir.