Bu gün “Azerspace-2” peykinin orbitə buraxılmasından bir il ötür.
Report agentliyi xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, peyk bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb, onunla Afrikada 80-dən çox şifrəli kanal yayımlanır. Yeddi ay ərzində “Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub və 14,1 milyon ABŞ dolları gəlir əldə edilib.