12 C
Baku
Saturday, November 23, 2024

Hökumət “Azərsu”ya yenidən kömək əlini uzadıb, lakin bu dəfə güzəştsiz

Azərbaycanın içməli su və kanalizasiya xidmətlərini həyata keçirən “Azərsu” ASC ötən ilin sonları Maliyyə Nazirliyindən iki xarici valyutada kredit cəlb edib ki, bu kreditin də “grace period”u (güzəşt müddəti) 5 ili əhatə edir.

Banker.az xəbər verir ki, bu barədə illik audit hesabatında qeyd edilir.

Bildirilir ki, 2021-ci ilin sonunda Maliyyə Nazirliyindən 6 milyon 286 min ABŞ dolları (10 min 686 min manat) və 4 milyon 208 min avro ( 8 milyon 101 min manat) həcmində kredit alıb.

Bu kreditlərin illik ödəniş faizi 1%-dir ki, bu da ölkə ərazisidnə xarici valyutada verilən orta faizlərdən çox aşağı bir rəqəmdir. Lakin bu da nəzərə alınmalıdır ki, bu xarici valyutada verilib. Maraqlı burasıdır ki, Maliyyə Nazirliyi indiyə qədər 6 dəfə kredit verib xarici valyutada, amma bunların hər birində 0% ilə verilib.

Aralarında bağlanan müqaviləyə görə, kreditin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2027-ci ilin may ayından başlayaraq 2031-ci ilin noyabr ayında başa çatacaq.

Mümkündür ki, Maliyyə Nazirliyi hazırda maliyyə vəziyyəti ağır olan dövlət şirkətinin xarici borclarının bir hissəsini qarşılamaq üçün yardım edib. Çünki, KfW, Natxis və Asiya İnkişaf Bankı kimi iri təşkilatlar qarşısında avro və dollarda kredit öhdəliyi var. Şirkətin gəlirlərinin üstələməsinə rəğmən onun xərclərinin (maya dəyərinə aid olmayan) yüksəlməsi səbəbindən 552 mln. manat üzərində zərər edib, onun balansında 8 milyard manata yaxın yığılmış zərər var. Ətraflı.

Son xəbərlər
Digər xəbərlər