6 C
Baku
Sunday, December 15, 2024

Azersun 2 vakansiya üzrə işçi axtarır

Vakansiya 1: Texniki Mühəndis (Sumqayıt)

Tələblər:

• Texniki universitet məzunu
• Mühəndis texniki vəzifələrdə 5 il iş təcrübəsi
• İngilis dili, Rus dili texniki səviyyədə bilməli
• Texnoloji proseslərin aparılması qaydasını bilməli
• İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
• İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
• PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
• Texniki təhlükəsizlik qaydalarını bilməli

ELƏCƏDƏ BAX: İƏİT: Ən ağıllı tələbələr dünyanın hansı ölkəsindədir?

İşin təsviri:

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
• Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
• İş yeri – Sumqayıt şəhəri

Vakansiya ilə maraqlanan və tələblərə cavab verən şəxslər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:
https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=172

Müraciət üçün email: [email protected]


Vakansiyanın 2: Aqronom (Kürdəmir rayonu)

İş haqqında məlumat:

 Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
  Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
 Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
 Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
 Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
 Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
 Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
 Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
 Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.

Namizədə aid tələblər:

 Kənd təşərrüfatı üzrə ali təhsil almış olmalı;
 Aqronom kimi ən azı 1 illik təcrübəyə sahib olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 20.11.2016-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Aqronom”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər

Son xəbərlər
Digər xəbərlər