Vakansiya 1: Zootexnik (Padarçöl Süd Ferması)
Namizədə aid tələblər:
• Zootexnik ixtisası üzrə ali təhsil,
• Yaxşı səviyyədə ingilis dili biliyi
• Müvafiq sahədə və ya zootexnik kimi 1 illik iş təcrübəsi.
İş haqqında məlumat:
• Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli,
• Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli,
• Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli,
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli,
• Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli,
• Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli.
Vakansiya 2: Elektrik Texnik Rəssam
Namizədə aid tələblər:
– Ali və ya orta texniki təhsil (Elektrik sahəsi);
– Elektrik dizayn işlərini bilən, Elektrik layihələrini işləyə bilən;
– Sahə işlərinə uyğunlaşan (As-Built layihələr üçün sahədə məlumat toplamaq)
– Auto Cad proqramını mükəmməl səviyyədə bilən;
– Otel, Alış-Veriş mərkəzləri, Xəstəxana kimi layihələrdə vəzifə almış
– İnşaatda briqadalarla işləmək bacarığı
– Ms Office proqramlarını bilən (xüsusilə Excel)
– Rahat ünsiyyət qurma və təmsil etmə bacarığına malik olmalıdır.
İş haqqında məlumat:
– Dreamland (Xəyal Adası) layihəsində otel, alış-veriş mərkəzi və villaların elektrik layihələrini çəkmək,
– Layihənin elektrik bölməsini dərindən araşdırmaq və öyrənmək, tətbiq etmək, elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
– Sahədə görülən işlərin layihəyə uyğun aparılmasını yoxlamaq.
Vakansiya 3: İstehsalat operatoru (Biləsuvar Konserv Zavodu)
Namizədə aid tələblər:
• Ali təhsilli olmalı (Sənaye və texniki istiqamətli);
• Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı;
• Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə üstünlük verilir
İş haqqında məlumat:
• İstehsal prosesində istifadə olunan avadanlığı idarə etmək
• Üzərinə düşən texniki baxış işlərini düzgün və zamanında icra etmək
Vakansiya 4: Aqronom (stajor)
İş haqqında məlumat:
Staj 2 ay davam edəcəkdir;
Staj müddətini uğurla bitirənlər, aqronom olaraq işə götürüləcəkdir;
Staj Biləsuvar rayonunda yerləşən müəssisədə olacaqdır. Namizədlər qalacaq yerlə və yeməklə təmin ediləcəkdir;
Staj ödənişlidir.
Namizədə aid tələblər:
Aqronomluq ixtisası üzrə ali təhsil almış olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 14.08.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Zootexnik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.