12 C
Baku
Friday, March 29, 2024

Azersun-a yaxın olan ASB Bankın xalis mənfəəti kəskin azaldı

Azersun Holdinqə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2021-ci ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərin və xalis mənfəətin həcmi azalıb.

Bu barədə Banker.az bu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində 20.92 mln. manat həcmində faizdən cəmi gəlir əldə edib. Bu da öncəki illə müqayisədə 3.88 mln manat, yaxud 17% azalma deməkdir. Faiz gəlirlərinin isə 11.75 mln. manatı müştərilərə verilən kreditlərdən daxil olub.

ASB Bankın faiz xərcləri 11.23 mln. manat, qeyri-faiz gəlirləri 4.17 mln. manat, qeyri-faiz xərcləri isə 11.21 mln. manat olmuşdur ki, bu da bankın əməliyyat mənfəətinin 2.64 mln. manata düşməsinə səbəb olub. Öncəki ilin müvafiq dövründə bu 5.59 milyon manat təşkil edirdi.

Bank 486 min manat problemli aktivlər üzrə ayırmalar etdikdən sonra mənfəət 2.15 mln manata düşmüş, buradan da 439 min manatgəlir vergisi ödədikdən sonra xalis mənfəəti 1.72 mln. manat olmuşdur. Öncəki ildə xalis mənfəətin həcmi 5.13 mln. manat idi.

Bununla da kommersiya bankının balansındakı bölüşdürülməmiş mənfəət 39.85 milyon manat olmuşdur.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

3131313

Son xəbərlər
Digər xəbərlər