“Azərsun Holdinq” MMC və onun törəmə müəssisələri birlikdə 2025-ci ili 54.96 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 24.4% və ya 10.72 mln. manat çoxdur.
Banker.az xəbər verir ki, bu barədə holdinqin illik hesabatında qeyd edilir.
Holdinqin gəlirləri il ərzində 1 mlrd. 874.71 mln. manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 10.7% artım deməkdir. Satışların maya dəyəri 1 mlrd. 393.32 mln. manat olub və 12.0% artıb. Nəticədə məcmu mənfəət 481.39 mln. manata yüksələrək illik müqayisədə 8.4% artım göstərib.
Satış və paylama xərcləri 98.1 mln. manata yüksələrək 9%, inzibati və ümumi xərclər 316.44 mln. manat olmaqla 0.2% artıb. Maliyyə xərcləri isə 28.76 mln. manata çataraq illik müqayisədə 53.2% artıb. Əsaslı müştərək investisiyadan mənfəət payı 0.55 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 76.8% azalma deməkdir.
2025-ci ilin sonuna “Azərsun Holdinq”in cəmi aktivləri 1 mlrd. 467.14 mln. manata çatıb ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 13.6% çoxdur. Uzunmüddətli aktivlər 475.94 mln. manat olmaqla 0.6% azalıb, cari aktivlər isə 991.2 mln. manata yüksələrək 22.8% artıb. Pul vəsaitləri və onların ekvivalentləri 53.19 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 7.8% azalma deməkdir.
Holdinqin cəmi kapitalı 740.54 mln. manata yüksələrək 8.1% artıb. Ana şirkətin təsisçilərinə aid kapital 726.97 mln. manat olub və 6.2% artım göstərib. Bölüşdürülməmiş mənfəət isə 637.56 mln. manata çataraq əvvəlki illə müqayisədə 20.4% artıb. Bununla yanaşı, qeyri-nəzarət payı 13.56 mln. manata enərək 79.7% azalıb.






