“Azersun Holding” şirkətlər qrupu 2017-ci ildə xalis mənfəətini 41,9% – 27 mln. 105,753 min manatadək azaldıb.
Şirkətin ötən ilə dair maliyyə hesabatına əsasən “Azersun Holding”in gəlirləri 792 mln. 758,013 min manat (2016-cı illə müqayisədə azalma 3,7%), satış və xidmətlərin maya dəyəri 694 mln. 504,155 min manat (azalma 0,6%) təşkil edib.
2017-ci ildə holdinqin vergi ödənilənədək mənfəəti 39 mln. 167,871 min manat (azalma 34,3%) məbləğində olub.
Hesabat ilində mənfəət vergisi üzrə ödənişlər 10 mln. 325,685 min manat təşkil edib.
2017-ci ildə “Azersun Holding” aktivlərini 8,4% – 646 mln. 100,843 min manatadək artırıb.*