32 C
Baku
Monday, July 8, 2024

“Azersun Holding” hesabatları ‘aydın göstərmək’ istəmir

“Azersun Holding” MMC 2021-ci ildə də görünüş keyfiyyəti bərbad olan maliyyə hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, holdinqin konsolidə edilmiş “Grant Thornot” audit şirkəti aparıb.

Söhbət Azərbaycan dilində təqdim edilən audit hesabatından gedir.

Holdinq 2020-ci il üzrə maliyyə hesabatında (audit) hesabatını PDF formatında təqdim edərkən görünüş keyfiyyətsiz idi. Hesabatda məlum olur ki, “Azərsun Holding” 2021-ci ili təxminən 28 milyon manat xalis mənfəət edib və bu öncəki ildə 73 mln. manat idi.

Cari ildə isə öncəki ildən daha keyfiyyətsiz olmaqla ümumiyyətlə rəqəmlərin oxunması məhduddur. Hesabatda yeganə sərbəst oxunaqlı hissə “Grant Thornot” tərədindən hesbatın aparılmasıdır.

Digər tərəfdən isə öncəki illərdə törəmə müəsissələrinə aid edilən şirkətlərin audit hesabatları ayrıca qeyd edilirdi və indi isə həmin hesabatlar rəsmi səhifəsində “Maliyyə hesabatları” bölməsində əks etdirilmir.

Redaksiyamız ümid edir ki, holdinqin bu sahə üzrə məsul şəxsləri müvafiq nüansı aradan qaldıracaq.

Hesabatı PNG və PDF formatda aşağıda təqdim edirik:

1 4 2a 3a 4 1 5 1

32

Azersun Holding-in maliyyə hesabatı 2021

Azersun Hesabat 2020

 

Son xəbərlər
Digər xəbərlər