“Azersun Holding” MMC-nin törəmə şirkəti “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-nin rəhbəri dəyişdirilib.
Banker.az xəbər verir ki, Peiman Namakfruş şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Nağı Talıbov Səməd oğlunu əvəz edib.
Xatırladaq ki, 21 iyul 2010-cu ildə istismara verilmiş müəssisə ölkədə yeganə və ilk duz rafinasiya zavodudur. Xammalı Masazır gölündən təmin olunan Azərbaycan Duz İstehsalat Birliyi ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir.