“Azersun Holding”in diskount marketlər şəbəkəsinə investisiya yatırır.
Banker.az-ın əldə etdiyi məlumata görə, holdinqin ucuz ərzaq məhsulları satışını həyata keçirən “AL Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10 milyon 928.62 min manata çatdırılıb.
Bu da “AL Market”in nizamnamə kapitalı 7 milyon 744 min manat, yaxud 3 dəfə artırılıb.
Qeyd edək ki, bu market şəbəkəsi 2018-ci ildə təsis edilib, hazırda şirkətin baş direktoru Adem Tansel Tuzcudur.