12 C
Baku
Friday, October 3, 2025

“Azersun Holding”in törəmə şirkətinin kapitalı kəskin artımla 27 milyon manata qaldırılıb

“Azersun Holding” MMC-nin (“Azərsun Holdinq” ) törəmə şirkəti olan “Azersun Property Development Company” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin kapitalı 27.1 milyon manata qaldırılıb.

Buna qədər şirkətin nizamnamə kapitalı 14.7 milyon manat idi və bu da kapitalın 85% artırılması deməkdir.

Xatırladaq ki, şirkət 2023-cü ildə 73 min manat nizamnamə kapitalı ilə yaradılımışdı. Şirkətin baş direktoru Səidə Bayramovadır. Onu da qeyd edək ki, Səidə Bayramova “Azərbaycan Sənaye Bankı” ASC-nin əsas səhmdarı olan “Anadolu İnvestment Kompani” MMC-nin Baş direktoru, Beynəlxalq Bankda isə 2018-ci ilə qədər Müşahidə Şurası üzvü kimi çalışıb.

Son xəbərlər
Digər xəbərlər