“Kürdəmir Süd Emalı Zavodu” MMC nizamnamə kapitalının 15 000 000 manatdan 13 496 480.00 manatadək azaldığını elan edir.
Banker.az xəbər verir ki, kreditorlar öz tələblərini bir ay ərzində AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 132 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Kürdəmir Süd Emalı Zavodu” MMC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rüstəm Rüstəmovdur. Zavod “Azersun Holding”ə məxsusdur. Zavod qatıq, pasterizə edilmiş süd, sterilizə edilmiş təbii süd, ayran, qatılaşdırılmış şəkərli süd, bişmiş qatılaşdırılmış şəkərli süd, ağ pendir, ərgin pendir və kərə yağı istehsal edir.







