15 C
Baku
Sunday, April 20, 2025

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası” MMC-yə (Dreamland) baş icraçı direktor (CEO) təyin edilib.

Banker.az-ın məlumatına görə, şirkətin rəhbərliyinə Ömer Ülke təyin edilib.

O, 2023-cü il oktyabr ayından bu təyinata qədər “Hillside – Alarko Turizm Qrupu”nda Biznesin inkişafı və kommersiya direktoru kimi çalışıb.

Ömer Ülke 1997-2001-ci illərdə Bilkent Universitetində Turizm və Otel İdarəçiliyi üzrə, 2003-2005-ci illərdə isə Yeditepe Universitetində Marketinq və Biznesin İdarə Edilməsi üzrə təhsil alıb.

 

 

Son xəbərlər
Digər xəbərlər