Azərbaycanda qida, maliyyə, idman və digər istehsala kimi şirkətləri əlində cəmləyən “Azersun Holding” MMC ötən il ərzində 1 mlrd. 825.37 mln. manat gəlir əldə edib, bu illik müqayisədə gəlirlərin 302.96 mln. manat və ya 20% artımı deməkdir.
Banker.az xəbər verir ki, bu barədə holdinqin illik konsolidə edilmiş audit hesabatında məlumat verilir.
Hesabatda qeyd edilir ki, onun satışlarının maya dəyəri 1 mlrd. 360.29 mln. manat olub ki, bu da illik 19%-ə yaxın artımdır.
Holdinq satış və paylama xərclərinə 100.11 mln. manat (2021: 99.38 mln.), inzibati və ümumi xərclərə 311.13 mln. manat (238.08 mln. manat) və maliyyə üzrə 11.46 mln. manat xərc çəkib.
Nəticədə, bütün gəlirlər və xərclər fərqindən 15.2 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu da 2021-ci ildən 46% azdır.
1 yanvar 2023-cü il tarixinə balansındakı bölüşdürülməmiş mənfəət 371.07 mln. manata yüksəlib.