2 C
Baku
Saturday, December 14, 2024

“Azersun Holdinq”in işçisi minaya düşdü

“Azərsun holdinq”in əməkdaşı Şamil Məmmədov tank əleyhinə minaya düşüb.

Banker.az xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun məlumatında deyilir.

Bildirilir ki, iyulun 14-ü saat 13 radələrində onun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan “Azərsun holdinq”in sürücüsü Şamil Məmmədovun Cəbrayıl rayonunun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər