“Azersun Holdinq”-ə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) Audit Komitəsinə yeni sədr seçilib.
Bu barədə Banker.az Banka-a yaxın mənbələrdə əldə etdiyi məlumatlara istinadən xəbər verir.
Məlumata görə, Rəşad Abudzadə bu vəzifəyə seçilib. Bu vəzifəni isə buna qədər Sevindik Elman oğlu Mehraclı icra edirdi.
R. Abudzadə bundan öncə 1 ildən çox müddət idi ki, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Audit Komitəsinə sədrilik edirdi.
Adıçəkilən şəxs həmçinin 7 il müddətində “Azersun Holdinq” MMC-nin Daxili Auditində çalışıb.