1 C
Baku
Sunday, February 25, 2024

“Azersun” sədrini “məmur” sözünün yanlış anlaşıldığını deyir

“Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozalın “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.

Banker.az bildirir ki, bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.

“A.Goozal şirkətinin səhmlərini orta təbəqəyə aid insanların və məmurların alacağını qeyd edib. Türk dilində “Məmur” sözü Azərbaycan dili ilə müqayisədə fərqli məna kəsb etməkdədir və “orta, alt təbəqə dövlət qulluqçuları” deməkdir. A.Goozal də açıqlamasında sahibkarlarla yanaşı bu zümrəni nəzərdə tutub”.

Goozal nə demişdi?

“Mən mənfəətə çıxarmadığım qədər heç bir müəssisənin səhmlərini IPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarmaram”.

Bunu açıqlamasında “Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal deyib.

O, bu haqda “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən danışıb və zavodun hələ ki, zərərlə işlədiyini bildirib.

“İmişli Şəhər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib bura pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər”, – deyə iş adamı qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər