26 C
Baku
Saturday, July 27, 2024

“Azersun” supermarket şəbəkəsinin kapitalını 3 qat böyütdü

“Azersun Holdinq” MMC-nin ən böyük pərakəndə ticarət mağazalar şəbəkəsi “BazarStore” MMC-yə “maya” qoyuluşunu 3 dəfəyə yaxın artırıb.

Banker.az xəbər verir ki, “BazarStore”un nizamnamə kapitalı 13.97 milyon ABŞ dollarından 38.08 milyon dollara çatdırıb.

“BazarStore” 2011-ci ildən fəaliyyət göstərir. Ölkənin ən böyük qida istehsalçısı olan “Azersun Holdinq” tərəfindən təsis edilib.

Supermarketlər şəbəkəsinin Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəmkir, Qəbələ, Bərdə, İmişli, Şəki, Zaqatala, Sabirabad, Masallı, Tovuz, Cəlilabad şəhərlərində də fəaliyyət göstərir.

Beləliklə, “BazarStore”un nizamnamə kapitalı 2.7 dəfədən çox artırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər