10 C
Baku
Friday, December 13, 2024

“Azersun”un qida yağı istehsalçısnın kapitalından 23%-i geri çəkilib

1996-cı ildən fəaliyyət göstərən “Azersun Holding”in yağ fabrikinin nizamnamə kapitalının 23.3 faizi geri çəkilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu, “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin nizamnamə kapitalının həcmi 2 milyon 559.27 min manat azaldılmaqla 8 milyon 440.72 min manata qədər azaldılıb.

Xatırladaq ki, zavod 2001-ci ilin iyulunda qeydiyyata alınıb, 11 milyon manat nizamnamə kapitalına sahib idi. Zavod “Teksun”, “Final”, “Super Sun”, “Zeytun”, “Blendo”, “Ana-Bala”, “Möcüzə”, “Paşa” və “Aysun” kim qida yağ markaları istehsal edilir.

Həmçinin “Bizim süfrə” markasında olan moyanez istehsal edir.

Son xəbərlər
Digər xəbərlər