18 C
Baku
Monday, October 27, 2025

“Azersun”un şəkər ixracından valyuta gəlirlərini kəskin artırıb – Əsas alıcı Mərkəzi Asiyadır

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın ağ şəkər ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 70% artıb və əsas bazar Mərkəzi Asiyadır. 

Banker.az xəbər verir ki, cari ilin yanvar–avqust aylarında ölkədən ixrac olunan şəkərin ümumi həcmi 55.5 min ton olub, bu isə 2024-cü ilin 32.6 min tonluq göstəricisindən çoxdur. İxracın dəyəri 39.5 milyon dollar təşkil edib, illik artım 58% olub. Belə ki, ötən il 24.98 milyon dollar idi.
Bu ixracı həyata keçirən isə “Azersun Holding”in “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC şirkətidir. 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin müvafiq dövründə şəkər istehsalçıları istehsalı 21 faiz artırmaqla 256.6 min tona yüksəlib.

Ən böyük ixrac istiqamətləri Özbəkistan və Türkmənistandır. Özbəkistana 23.01 min ton (17.99 milyon dollar), Türkmənistana isə 26.88 min ton (16.97 milyon dollar) şəkər göndərilib. Tacikistan 4.08 tonla (3.25 milyon dollar), Rusiya 617 tonla (647 min dollar) ixracda digər əsas ölkələr sırasındadır.

imisi seker avodu scaled
Azərbaycan Şəkər İstehsalat Birliyi, İmişli Şəkər Zavodu

2025-ci ildə ixrac coğrafiyasına Qırğızıstan, İsrail, Kanada, Polşa və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də əlavə olunub.

Orta ton qiyməti 2025-ci ildə təxminən 712 dollar təşkil edib, 2024-cü ildə isə bu göstərici 765 dollar idi. Hər tonda 53 dollar azalma ümumi ixrac dəyərinin potensial olaraq əvvəlki ildən təxminən 2,94 milyon dollar aşağı olmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər