21 C
Baku
Wednesday, May 1, 2024

“Azersu”nun yarım milyarda yaxın zərəri, yığılmış zərərini 6,4 mlrd. manata çatdırıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin cəmi aktivləri 1 yanvar 2019-cu il tarixində 918,63 mln. manat təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 32,22 faiz böyüyüb.

Banker.az bu barədə “Azərsu” ASC-nin 31 yanvar 2018-ci il tarixinə olan audit hesabatına istinad edir.

Cəmiyyətin cəmi öhdəlikləri 699,78 mln. manat olub ki, bunun da 405,53 mln. manatı cari ilin öhdəlikləridir. Bundan əlavə Cəmiyyətin 224,11 mln. məbləğində kredit borcu vardır.

“Azərsu” ASC 2018-ci ilin 4 rübü ərzində 176,72 mln. manatlıq satışdan gəlir (əhaliyə satılan su pulu) əldə etməklə yanaşı bu satışın maya dəyəri 92,94 mln. manat olub. Bu da 83,78 manatlıq Cəmiyyətin ümumi mənfəətinə gətirməsi demədir. Məlumat üçün bildirək ki, 2017-ci ildə bu rəqəm 80,02 mln. manat həcmində idi.

Cəmiyyətin inzibati xərcləri 22,99 mln. manat, satış paylama xərcləri 76,10 mln. manat, digər əməliyyat xərcləri 492,87 mln. manat, məzənnə fərqindən gəliri 5 mln. manat (2017-ci ildə 3,12 mln. manat xərc ilə ifadə olunmuşdu) və digər gəliri 26,3 mln. manat təşkil edib. 

Göründüyü kimi satışdan gələn gəlirlər xərclərini nəinki qarşılamalı hətta 476,88 mln. manatdan çox əməliyyat zərəri edib.

Digər xərclər sonrası “Azərsu”nun xalis zərərinin həcmi 480,2 mln manatlıq zərərə qalxıb. Lakin, bu 2017-ci ildə 508,35 mln. manatlıq zərər etmişdi.

Bu zərərin ardından “Azərsu” ASC-nin balansındakı illərin yığılıb qalmış zərəri 6 milyard 385 milyon manata qədər artıb. 

Bildirək ki, “Azərsu”nun nizamnamə kapitalı 400 mln. manatdır. Cəmiyyətə ayrılmış dövlət sərmayələrinin həcmi 1 yanvar 2019-cu il tarixinə 4 milyard 190 milyon manat təşkil edib və bu balansındakı yaranmış kapital çatışmamazlğını aradan qaldırıb.

321

Son xəbərlər
 ⁠
Digər xəbərlər