Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb. Bu barədə Banker.az-a qurumdan bildirilir.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata əsasən, “AzerTelecom” MMC bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu Milli Net 2017 tədbirinə Baş sponsorluq edib. Şirkətdən bildirilib ki, Milli Net tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan “AzerTelecom” MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.
Milli Net 2017-yə oktyabr ayında start verilib və müsabiqə dekabrın 15-nə qədər davam edib. Peşəkar internet mükafatı müsabiqəsinə ümumilikdə 18 nominasiya üzrə 392 internet resurs təqdim edilib. Müsabiqənin qaydalarına uyğun olan 291 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu resurslar arasından ən yaxşıları olan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu) nominant statusu alıb. Müsabiqənin növbəti mərhələsi olan ikinci səsvermənin nəticələrinə əsasən mövcud 18 nominasiya üzrə qaliblər seçilib və ötən gün keçirilmiş tədbirdə hər nominasiya üzrə qaliblərə Milli Net–in xüsusi mükafatı – tuncdan hazırlanmış hörümçək əks olunan buta, 2-ci və 3-cü yerin qaliblərinə Diplomlar təqdim edilib. Qaliblərə həmçinin müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən “AzerTelecom” MMC-nin Kommersiya məsələləri üzrə Baş direktoru Ləman Abasbəyli bildirib ki, “AzerTelecom” şirkəti İKT sahəsində maarifləndirici, cəmiyyətin və İKT sahəsinin inkişafına dəstək verən Milli Net kimi əhəmiyyətli platformaların ümumi inkişafa töhfə verəcəyinə inanır. “AzerTelecom” 2008-ci ildən ölkənin telekommunikasiya sahəsində fəaliyyət göstərir və gələn il şirkətin 10 illik yubileyi qeyd olunacaq. Bu 10 il ərzində şirkət Azərbaycanda İKT sahəsinin ayrılmaz hissəsinə çevrilib, ölkənin yüksək keyfiyyətli və yüksəksürətli internet xidməti ilə təmini istiqamətində əhəmiyyətli işlər görüb.
““AzerTelecom” MMC İKT məkanının davamlı inkişafı, cəmiyyətdə informasiya texnologiyalarının tətbiqi, milli resursları tanıdan, cəmiyyətin təhsil şüurunu inkişaf etdirən layihələri hər zaman dəstəkləyir və bu prinsiplərə sadiq olaraq fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir” – deyə Ləman Abasbəyli qeyd edib.
Mükafatlandırma mərasimində ölkənin internet ictimaiyyətinin, bir sıra dövlət orqanlarının, ölkənin İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin, təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq ölkədə İKT sektorunun inkişafından bəhs ediblər.
Milli Net barədə:
Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
“AzerTelecom” MMC barədə:
“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP (İP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər vardır.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.