4 C
Baku
Thursday, February 22, 2024

AzerTelecom-un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

®AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze nüfuzlu Capacity Media nəşrinin hər il tərtib etdiyi və telekommunikasiya sənayesinin ən nüfuzlu liderlərinin yer aldığı “Power 100” siyahısına daxil edilib.

Telekommunikasiya sənayesi tərəfindən irəli sürülən və Capacity Media tərəfindən tərtib edilən “Power 100” siyahısı qlobal rəqəmsal infrastruktur məkanlarını idarə edən qabaqcılları, innovatorları və liderləri təqdim edir. Artıq beşinci ildir ki, siyahı bu sahədə nüfuzlu liderlərin kim olduğunu göstərir.

Ana Nakaşidze pandemiya və ondan sonrakı transformasiya, eləcə də müxtəlif çağırışlarla zəngin olan dövrlərdə şirkətə rəhbərlik edərək şirkətin fəaliyyətində mühüm uğurlara imza atıb. Onun rəhbərliyi sayəsində AzerTelecom şirkəti fəaliyyətində yeni inkişaf səviyyəsinə nail olmaqla xidmət portfelini genişləndirib və beynəlxalq bağlantı xidmətlərinin gücləndirərək hazırda ölkənin telekommunikasiya sahəsində mühüm rol oynayır.

Qeyd edək ki, xanım Nakaşidze telekommunikasiya sənayesində 20 ildən artıq zəngin təcrübəyə sahibdir. 2020-ci ildə AzerTelecom şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin olunmazdan əvvəl Ana Nakaşidze AzerTelecom şirkətində Baş direktorun Əməliyyatlar üzrə müavini vəzifəsində çalışıb və Gürcüstanda, eləcə də qlobal miqyasda dövlət, özəl və konsaltiq sektorlarda müxtəlif rəhbər vəzifələri tutub.

Onu da bildirək ki, Ana Nakaşidze “Capacity Media” jurnalının bu ilin mart ayında tərtib etdiyi və telekommunikasiya və informasiya texnologiyaları sahəsində 20 görkəmli qadının yer aldığı sayca altıncı illik “Women to Watch” siyahısında da yer alıb.

Telekommunikasiya məkanında topdansatış operatorları üzrə ən yaxşı 100 liderin yer aldığı Capacity Media-nın “Power 100” siyahısı ilə buradan tanış ola bilərsiniz.

AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Ana Nakashidze

Son xəbərlər
Digər xəbərlər