25 C
Baku
Saturday, July 27, 2024

“AzeSteelCompany”ə iki yeni səhmdar gəlib

“AzeSteelCompany” ASC-nin səhmdarlarının sayı artıb.

Banker.az xəbər verir ki, “AzeSteelCompany”ə 2 yeni səhmdar gəlib. Bu səhmdarlar 20.6%-lə Kənan Ağayev və 10%-lə Ömər Hüseynovdur.

Şirkətin digər səhmdarı isə 69.4% ilə  Camaləddin İsmayılovdur. Qeyd edək ki, 31 dekabr 2020-ci il tarixində isə səhmlərin 100%-lik səhmdarı Camaləddin İsmayılov olmuşdur.

Xatırladaq ki, “EKSPRESS-C” Açıq Səhmdar Cəmiyyəti 4 may 2022-ci il tarixində “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyəti kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınıb.

Son xəbərlər
Digər xəbərlər