“AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyəti 02.10.2023-cü il tarixində, saat 11:00-da səhmdarların ümumi yığıncağının keçirilməsi haqqında məlumat elan edir.
Banker.az xəbər verir ki, yığıncağın keçirilmə ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stansiya döngəsi, ev 1-dir. Yığıncağın gündəliyi açıqlanmır.
Səhmdarların iclasa gələrkən şəxsiyyətlərini müəyyən etməyə imkan verən sənədi təqdim etmələri zəruridir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.