19 iyun 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Cəlil Məmmədquluzadə 102 ünvanında (Citypoint İş mərkəzi, 3-cü mərtəbə) “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəliyə daxil olan məsələlər aşağıdakılardır:
1. Səhmlərin buraxılışı;
3. İstiqraz buraxılışı;
4. Maliyyə hesabatlarının təsdiq edilməsi;
5. Korporativ idarəetmə strukturunda təkmilləşmə və dəyişikliklər;
6. Nizamnamənin yeni redaksiyasının təsdiq edilməsi;
7. Digər məsələlər.
Növbəti Ümumi Yığıncağın gündəliyi üzrə materiallar ilə aşağıdakı ünvanda
tanış olmaq olar: Ünvan Bakı şəhəri, C.Məmmədquluzadə 102 A City Point Baku iş mərkəzidir.
Səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Ümumi Yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiq
edən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiq edilmiş surətini)
təqdim etməlidir.