21 C
Baku
Tuesday, October 8, 2024

“Azexport.az” portalına 462 milyon dollardan çox sifariş daxil olub

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb.

2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 47 milyon ABŞ dolları təşkil edib.     

Son xəbərlər
Digər xəbərlər