-1 C
Baku
Saturday, December 14, 2024

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 16%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azexport portalına 477,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.

10 ay ərzində ən çox sifarişlərin daxil olduğu ölkələr Rusiya (11,9%), Türkiyə (6,5%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) olub.

Təkcə bu ilin oktyabr ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə illik müqayisədə 78% artaraq 41 milyon dollara çatıb. Ay ərzində ən çox sifarişləri pambıq lifi və pambıq toxumu, fındıq ləpəsi, toyuq əti və yumurtası, sarımsaq, biyan kökü, tütün, qənnadı məhsulu, şərab, mebel dəsti, çay, tikinti materialı, soğan, mühərrik yağı, alma, kosmetik vasitə, nar şirəsi, qurudulmuş meyvə, qızılgül və s. mallara daxil olub.

Ümumilikdə 2017-ci ilin yanvar ayından 2019-cu ilin noyabr ayına qədər (34 ay ərzində) Azexport portalına dünyanın 138 ölkəsindən 1 466,5 milyon dollar dəyərində sifarişlər olub.

©Report

Son xəbərlər
Digər xəbərlər