Azexport.az rüsum və digər ödənişlərə üçün “ASAN ödəniş”ə inteqrasiya oldu

“ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənəddəki dəyişikliyə əsasən, “ASAN ödəniş” sisteminə “www.azexport.az” internet portalı vasitəsilə dövlət rüsumunun və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə sistem portal ilə inteqrasiya olunub.