14 C
Baku
Saturday, November 23, 2024

“AzFinance” Azərbaycanda ilk investisiya bankının yaradılması üzərində işləyəcək

“AzFinance” investisiya şirkəti biznesini inkişaf etdirmək üçün investisiya yatırımını bundan sonra da davam etdirəcək.

Bu barədə “AzFinance” investisiya şirkətinin direktoru Abid Məmmədov “Azərbaycan kapital bazarları: gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Biz qısa bir zamanda mənfəətlə işləməyə başladıq. Hazırda şirkət aktivlərin idarə edilməsi xidməti üzrə idarəetməyə cəlb edilmiş aktivlərini 50 mln. manata çatdırıb. Bizim nizamnamə kapitalımız isə 2 mln. manat təşkil edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, şirkət ticarət əməliyyatlarının sadələşdirilməsi üzərində işləyir. Direktorun fikrincə, bu proses 2-3 il vaxt alacaq.

“Biz son 2-3 il ərzində ticarət platformamızın yaradılması üzərində işlədik. Platformaya çəkilən xərclərin məbləği 300 min manat təşkil edib. Hesab edirik ki, xərclərimiz hədər getməyib. Bu platforma hesabına treyderlər öz sifarişlərini bircə dəqiqə ərzində yerləşdirməyə kömək edəcək. Bununla yanaşı, biz kağız dövriyyəsinin azaldılmasına və effektivliyin artırılmasına nail olacağıq”, – deyə şirkət rəhbəri vurğulayıb.

A.Məmmədov deyib ki, şirkət gələcəkdə ilk investisiya bankının yaradılması üzərində işləyəcək: “Biz investisiya bankının yaradılması perspektivini müzakirə etməyə hazırıq”.

APA

Son xəbərlər
Digər xəbərlər