10 C
Baku
Thursday, December 26, 2024

“AzFinance İ.Ş.” bu il bazarda mövqe itirir – Dövriyyəsi azalır

“AzFinance İnvestisiya Şirkəti” QSC bu il öncəki illərdə olduğu kimi milyardlıq dövriyyəyə çata bilmədi.

Banker.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasının 2022-ci ilin yanvar-iyul üçün təqdim etdiyi aylıq statistik rəqəmlərində qeyd edilir.

Statistikaya görə, “AzFinance”nin fond bazarı üzrə anderraytinq apardığı qiymətli kağızların ümumi dəyəri 899.29 milyon manat təşkil edib ki, bu da öncəki ildən 20% azdır.

Dövriyyənin 367.68 mln. manatı AMB-nin notları (illik müqayisə: 20% azalma), 116.53 mln. manatı (64% azalma) dövlət istiqrazları,  107.6 mln. manatı (20 dəfə artım) korporativ istiqrazlar, 592.79 mln. manatı (87% azalma) səhmlər üzrə və 306.9 mln. manatı (8% azalma) repo üzrə əməliyyatları əhatə edir.

Öncəki ildə bazar üzrə investisiya şirkətləri arasında 4-cü yerdə olduğu halda 2022-ci ilin müvafiq dövrünə 5-ci yerə düşüb.

 

Son xəbərlər
Digər xəbərlər