“AzFinance İnvestisiya Şirkəti”nə yeni direktor təyin olunub

“AzFinance İnvestisiya Şirkəti” Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev Şirkətin Direktoru vəzifəsinə təyin edilib. 

Bu barədə “AzFinance” məlumat yayıb.

İndiyədək “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində Abid Mamedov çalışırdı. O, Müşahidə Şurasının Sədri təyin edilib.

Məlumatda bildirilir ki, İntiqam Səfərəliyev 2007-ci ildən “Çelsi Kapital” şirkətinin Direktoru vəzifəsində çalışıb. “AzFinance İnvestisiya Şirkəti”ndə çalışdığı 3 il ərzində Maliyyə sektorunda şirkətin qabaqcıl yerə gəlməsini və öz müvqeyini qoruyub saxlamasını təmin etmişdir.

O, 2014-cü ildən “AzFinance İnvestisiya Şirkəti”nə Direktor müavini təyin edilib. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzifəsində də işləyib.

Qeyd edək ki, İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.

Evlidir. 3 övladı var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları