9 C
Baku
Friday, December 13, 2024

“AzFinance İnvestisiya Şirkəti” $1 mln.-luq istiqraz buraxır, lakin illik ödəniş faizlərini açıqlamır

6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 mln. ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

28 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1,000,000 ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların tədavül müddəti 12 aydır.

İstiqrazların illik ödəniş faizləri hələ ki, açıqlanmayıb. Bu barədə emissya prospektində də qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər