8 C
Baku
Friday, March 29, 2024

“Azfinance İnvestisiya Şirkəti” daha da kiçilib, mənfəəti 2 dəfədən çox azalıb

“Azfinance İnvestisiya Şirkəti” ASC 2021-ci ilin 1-ci yarımilliyini 146 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə investisiya şirkətinin mənfəəti 313 min manat olub ki, bu da 6 ayda 2 dəfədən çox azalma deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Azfinance”ın vergiyəqədərki mənfəəti 182 min manat, mənfəət vergisi ödəmələri isə 36 min manat, əsas investisiya xidmətləri üzrə gəlirlər 759 min manat, yardımçı investisiya xidmətləri üzrə gəlirlər 23 min manat təşkil edib.

Bu il iyulun 1-nə ” Azfinance”ın aktivləri 2 milyon 436 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 0.6% azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 4 dəfədən çox azalaraq 50 min 732 manata düşüb, balans kapitalı isə 7% artaraq 2 milyon 385 manata çatıb.

Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər