24 C
Baku
Sunday, September 29, 2024

“AzFinance İnvestisiya Şirkəti” QSC-nin aktivləri kəskin artıb – HESABAT

“AzFinance İnvestisiya Şirkəti” QSC-nin aktivləri 2022-ci ildə kəskin artaraq 8 milyon 97 min 565 manata çatıb. Belə ki, şirkətin aktivləri 2021-ci il ilə müqayisədə 60%, yəni 3 milyon 45 min 846 manat artıb.

Şirkət 2022-ci ili 705 min 127 manat mənfəətlə başa vurub. 2021-ci ildə isə investisiya şirkətinin mənfəəti 870 min 482 manat olub. “AzFinance İnvestisiya Şirkəti” QSC 2022-ci ildə investisiya siyasətində mühüm dəyişiklik edib. Belə ki, şirkət investisiyalarını pay qiymətli kağızlara yönəldib. 2022-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin investisiyalarının həcmi 4 milyon 86 min 678 manat olub.

Şirkətin 2022-ci ilin yekunlarına dair hesabatına əsasən, “AzFinance”ın kapitalı 3 milyon 600 min 729 manat təşkil edir. Bu isə 2021-ci il ilə müqayisədə investisiya şirkətinin kapitalının 20%, yəni 604 min 377 manat artdığını göstərir.

2022-ci ildə investisiya şirkətinin aktivlərinin və kapitalının öhdəliklərə nisbəti artıb. Belə ki, “AzFinance”ın aktivlərinin öhdəliklərə nisbəti 180%, kapitalın öhdəliklərə nisbəti isə 80% təşkil edib.

Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti” QSC 2022-ci il ərzində 11 şirkətin ümumi məbləği 24,5 milyon manat olan istiqrazlarını kütləvi təklifini təşkil edib.

Xatırladaq ki,“AzFinance İnvestisiya Şirkəti” QSC 2014-cü ildən fəaliyyət göstərir və Azərbaycan kapital bazarında aparıcı şirkətlərdəndir.

Screenshot 2023 05 31 at 12.11.11 Screenshot 2023 05 31 at 12.11.02

Son xəbərlər
Digər xəbərlər