10 C
Baku
Thursday, December 12, 2024

“Azfinance İnvestisiya Şirkəti”nə yeni direktor təyin edildi

“Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru dəyişib.

Banker.az-ın məlumatına görə, yeni təyin edilən direktor Pərvanə Qasımovadır.

Ona qədər bu vəzifədə İntiqam Səfərəliyev idi.

Hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr ixtisasına malik olan Pərvanə Qasımova 2009-cu ildən kapital bazarı sahəsində çalışır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, Baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Böyük hüquqşünas vəzifələrində işləyib.

O, 2018-ci ildən etibarən Unicapital İnvestisiya Şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən AzFinance İnvestisiya Şirkətinin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsini tutub. 04 dekabr 2019-cu il əmrə əsasən Pərvanə Qasımova AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər