“AzFinance İnvestisiya Şirkəti” QSC-nin səhmdarlarının sayı artıb.
Banker.az bu barədə investisiya şirkətinin hesabatına istinadən xəbər verir.
İnvestisiya şirkətinin səhmləri 100% Abid Mamedova məxsus idi, indi isə səhmdarlarının sayı 2-yə qalxıb.
Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır.