18 C
Baku
Sunday, September 8, 2024

“AzFinance”ın xalis mənfəəti azalıb: “ənənəvi” portfelindən gəlirlər azalmaqdadır

2023-cü ildə “Az-Finance İnvestisiya Şirkəti” QSC-yə (“AzFinance”) daxil olan gəlirlər öncəki illərdən fərqlənir. Belə ki, investisiya şirkəti indiyə qədər daha çox aktivlərin idarə edilməsindən daha çox gəlirlər əldə edirdisə, 2023-cü ildə bu rəqəm kəskin düşüb.

Banker.az bu barədə şirkətin audit hesabatına istinadən xəbər verir.

Məsələn, 2022-ci ildə aktivlərin idarə edilməsindən 1 mln. 27 min manat gəlir əldə edildiyi halda, 2023-cü ildə bu rəqəm 52 faiz azalaraq 489 min manata düşüb. Şirkətin 2020-ci il üzrə aktivlərin idarə edilməsindən gəlirləri 1 mln. 144 min manat, 2022-ci ildə isə 1 mln. 158 min manat olmuşdu.

Şirkətin investisiya portfelində borc qiymətli kağızların həcmi son bir ildə 795 min manatdan 2 mln. 380 min manata yüksəlib. Bu alətdən şirkət illik müqayisədə iki dəfədən çox artımla 1 mln. 100 min manat faiz gəliri əldə edib.

Kapital investisiya qiymətli kağızların həcmi isə illik 10 faiz artımla 4 mln. 497 min manata yüksəlib.

Keçən il “AzFinance”nin xərclərinin gəlirlərindən daha çox olması onun xalis mənfəətini illik 34 faiz azalma ilə 464 min manata endirib. 2022-ci ildə onun xalis mənfəəti 705 min manat idi.2222 111111

Son xəbərlər
Digər xəbərlər