9 C
Baku
Thursday, December 12, 2024

“AzFinance”lər “Gilan Holding”in yerləşdiyi ünvandan çıxıb

Yarandığı gündən “Gilan Holding” MMC-nin yerləşdiyi ünvanda mənzillənən “Azfinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti və ona yaxın şirkət rəsmi şəkildə həmin ünvandan çıxıblar.

Banker.az-a daxil olan məlumata görə, “AzFinance İnvestisiya Şirkəti” QSC “AzFinance Asset Management” MMC Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov Pr., ev 206, məhəllə 466-nı tərk ediblər.

Bu, “Capital Towers”in yerləşdiyi ünvandır və burada, “Gilan Holding” MMC-yə yaxın olan bir neçə törəmə şirkətlər hüquqi ünvan kimi qeydiyyatda idilər.

İki şirkət bundan sonra Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102A ünvanında – “City Point” biznes mərkəzində fəaliyyətlərini davam etdirəcəklər.

“Azfinance İnvestisiya Şirkəti” QSC 1.55 milyon nizamnamə kapitalına sahibdir. Onun səhmləri 100%-i Abid Məmmədova məxsusdur. A.Məmmədov səhmdar olmaqla paralel, həmçinin “Azfinance Asset Management” MMC-nin direktorudur.

 

Son xəbərlər
Digər xəbərlər