12 C
Baku
Sunday, October 27, 2024

“AzGranata” MMC sanitar norma və qaydaların pozulduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AzGranata” MMC-nin Ağsu rayonu, Hacıqədirli kəndindəki üzüm becərilməsi sahəsində nöqsanlar aşkarlayıb.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər nəticəsində müəssisədə sanitar norma və qaydaların pozulduğu aşkar edilib.

Dövlət Agentliyinin məlumatına əsasən, “AzGranata” MMC-yə nöqsanlarla bağlı inzibati protokol tərtib olunub.

AQTA həmçinin, “Dəvəçi Taxıl” MMC-nin Şabran rayonu, Ağalıq kəndindəki un dəyirmanında da sanitar norma və qaydaların pozulması halını aşkarlayıb. Bu müəssisəyə də inzibati protokol tərtib olunub.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər