7 C
Baku
Tuesday, December 3, 2024

“Azgranata”nın rəhbəri yenidən dəyişdirilib

Modern Şirkətlər Qrupunun alkoqollu və alkoqolsuz içkilər istehsalçısı “Azgranata” MMC-nin rəhbəri 1 ay içində ikinci dəfə dəyişdirilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

Böyükağa Mustafayev Nadir oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

O, sözügedən vəzifədə ötən ay bu vəzifəyə təyin edilən Cəlal Şirəlizadə Telman oğlunu əvəz edib.

Böyükağa Mustafayev bundan öncə də müvafiq sahə üzrə şirkət rəhbəri vəzifəsini tutub. O, 2019-2022-ci illərdə “Şəmkir Aqropark” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Azgranata” 2011-ci ildən fəaliyyətdədir və 21.58 mln. manat nizamnamə kapitalı var. Şirkət Modern Şirkətlər Qrupuna daxildir.

 

Son xəbərlər
Digər xəbərlər