“AzGranata”nın İdarə Heyətinə yeni üzv təyin edilib.
Banker.az bildirir ki, bu Şaiq Mirzəyevdir.
Ş.Mirzəyev buna qədər “AzLegal Consulting International Services” MMC-nin Baş meneceri kimi çalışırdı.
O vəzifəsinə 2020-ci ilin sentyabrında başlayıb. İyun ayından bu tərəfə isə “AzGranata”nın İdarə Heyəti vəzifəsi vakant idi. Çünki, buna qədər bu vəzifədə olmuş Anar Bayramov bu vəzifəsini tərk etdiyi ilə bağlı ictimaiyyətə açıqlama vermişdi.