24 C
Baku
Thursday, June 30, 2022

“Azimut” iyunun 1-dən Həştərxandan Bakıya uçuşlara başlayacaq

Rusiyanın “Azimut” aviaşirkəti 2022-ci il iyunun 1-dən Həştərxandan Bakıya uçuşlara başlayacaq. Bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib.

“Bakı və Həştərxan arasında aviareyslərin bərpasında göstərdiyi dəstəyə görə cənab Prezidentə (Azərbaycan Prezidenti İlham Əliyevə – İF) çox minnətdaram. “Azimut” aviaşirkətinin belə reyslərin açılması təşəbbüsünün dəstəklənməsinə görə də minnətdarlığımı bildirirəm. İyunun 1-dən aviareys bərpa olunacaq”, – deyə İ.Babuşkin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşdə bildirib.

Həştərxanda baş tutan görüş vilayətlə Azərbaycan arasında münasibətlərin inkişafı mövzularına həsr olunub.

Hazırda “Azimut” aviaşirkəti Mineralnıye Vodıdan Bakıya uçuşlar həyata keçirir, həmçinin mayın 9-dan Soçidən Bakıya uçuşlara başlayıb.

Son xəbərlər
Oxşar xəbərlər