27 C
Baku
Wednesday, July 24, 2024

“Azimuth Airlines” Gürcüstan və Rusiya arasında birbaşa uçuşlara başlayır

Rusiyanın “Azimuth Airlines” hava yolu şirkəti Gürcüstan və Rusiya arasında birbaşa uçuşlara başlayır.

Məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi yayıb.

Qurumun məlumatında bildirilib ki, sözügedən aviaşirkət Avropa İttifaqının sanksiyalar siyahısında deyil və bu gün ona birbaşa uçuşlara başlaması üçün zəruri icazə verilib.

Məlumatda qeyd olunub ki, aviaşirkət bu il mayın 17-dən etibarən Moskva-Tbilisi-Moskva istiqamətində həftədə 7 reys həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər