6 C
Baku
Wednesday, February 25, 2026

AzInTelecom-da yüksək vəzifəyə yeni təyinat

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)-un tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Sadiq Yolçuyev AzInTelecom-da Baş icraçı direktorun müavini vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin dekabr ayından “AzInTelecom” MMC-də İdarə Heyətinin üzvü olub.

S.Yolçuyev Azərbaycan Respublikası Mərkəzi Bankında Böyük təhlükəsizlik inzibatçısı, Dövlət Xəzinədarlığı Agentliyində İnformasiya texnologiyaları şöbəsinin müdir müavini vəzifələrində çalışıb.

Sadiq Yolçuyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi, İnformatika və hesablama texnikası, Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış layihələşdirmə sistemləri (sahələr üzrə) ixtisası üzrə magistr təhsili alıb.

Son xəbərlər
Digər xəbərlər