“AzInTelecom” MMC “İnnovativ Layihələr Mərkəzi” QSC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “AzIntelecom” MMC-nin təlabatına əsasən “Hökümət buludu layihəsi çərçivəsində mövcüd CİSCO şəbəkə avadanlıqları üçün dəstək və lisenziyaların satın alınması” nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 055 989 manatdır.
Xatırladaq ki, “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.